Qazaxıstan Prezidenti İlham Əliyevə zəng etdi

13:00 24-12-2021 449

Dekabrın 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinə yubileyi münasibətilə təbriklərini çatdırıb, ona möhkəm cansağlığı və dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Qazaxıstan Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.