“Azərbaycan Sənaye Korporasiyası”nda yeni təyinat olub - FOTO

19:00 24-12-2021 214

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də təyinat olub. 

HerGun.Az-ın ASC-dən əldə etdiyi məlumata görə, İlqar Vahabov Strateji inkişaf və kommersiya departamentinin direktor müavini olub.

İlqar Vahabov 27 iyul 1976-cı ildə Dəvəçi rayonunda anadan olub. 1993-cü ildə Siyəzən rayonunun Gil-gilçay qəsəbə orta məktəbində orta təhsil alıb. 1993-1997-ci illərdə Bakı Avrasiya Universitetinin ali təhsilin bakalavr pilləsi üzrə “Beynəlxalq münasibətlər” fakültəsini, 2004-2007-ci illərdə ali magistr təhsili üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq Münasibətlər” fakültəsini fərqlənmə diplomu ilə bitirib. 

2014-2019-cu illərdə  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “İnnovasiyalar Mərkəzi” MMC-də müxtəlif vəzifələrdə, “Funksional yardımçı xidmətlərlə iş” şöbəsinin müdiri, daha sonra “ASAN Həyat Kompleksləri və Funksional Yardımçı Xidmətlər ilə iş” departamentinin müdiri vəzifələrində çalışıb.

16 sentyabr 2021-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “Strateji inkişaf və komersiya” departamentində Marketinq və satış şöbəsinin müdiri vəzifəsinə təyin olunub.