10 yaşlı sahibəsinin dizlərinə hoppanan it ölümcül təhlükəli xəstəliyi ortaya çıxardı - FOTO

03:00 25-12-2021 82

İngiltərənin Liverpul şəhərində labrador cinsinə aid it 10 yaşlı ev sahibinin qucağına atılması ilə onun həyatını xilas edib.

Məlumata görə, altı aylıq it Evelin Tomsenin qucağına tullanarkən onun dizini travmalayıb. Qızın dizində şiş görən valideynlər həkimə müraciət ediblər. Əvvəlcə həkimlər sadəcə bir buz paketi ilə şişi yatırtmağı tövsiyə etsələr də, bu, kömək etməyib və şiş balacalaşmayıb. Bundan sonra Tomsen terapevtin qəbuluna aparılıb.

Müayinə zamanı uşağın biri ağciyərində, digəri isə dizində olmaqla iki xərçəng şişi aşkarlanıb. Bundan başqa, ona ayaqda Yuninq sarkoması (sümüklərdə və ya sümüklərin ətrafındakı yumşaq toxumalarda böyüyən bədxassəli şiş) diaqnozu qoyulub.

Tomsen yeddi ay ərzində 14 kimyaterapiya kursundan keçməli olub. Şiş vaxtında aşkarlandığı üçün müalicə təsirli olub və artıq uşaq sağalıb.

Mənbə: Manchester Evening News