Qışda D vitamini çatışmazlığını necə aradan qaldırmaq olar?

09:00 25-12-2021 366

Rusiyalı dietoloq Mixail Ginzburq qışda orqanizmdə D vitamini çatışmazlığını aradan qaldırmağın yollarını açıqlayıb.

Ekspert izah edib ki, D vitamini orqanizmdə günəş işığının təsirilə əmələ gələn multifaktorial hormondur. Xüsusən də qış aylarında orqanizmdə bu vitaminin kəskin çatışmazlığı yaranır.

Ginzburgun sözlərinə görə, bunu aradan qaldırmağın ən təsirli yollarından biri balıq yağı və ya treska balığının qaraciyəri, balıq kürüsü kimi D vitamini ilə zəngin məhsullarla qidalanmaqdır.

Eyni zamanda, skumbriya kimi yağlı dəniz balıqlarını da həftədə üç-dörd dəfə yemək lazımdır.

Mütəxəssis xatırladıb ki, D vitamini təkcə osteoporozdan müdafiə etmir, həm də beyni yaşa bağlı dəyişikliklərdən qoruyur, infarkt və insultun qarşısının alınması üçün ürək-damar sisteminə kömək edir, eləcə də, immun sistemini möhkəmləndirir.

Mənbə: izvestia.ru