Malayziyada sel fəlakəti can almaqda davam edir - FOTO

07:00 26-12-2021 477

Malayziyada leysan yağışlardan sonra baş verən sel fəlakətində həyatını itirənlərin sayı 46-ya çatıb.

İtkin düşən 5 nəfərin axtarışları davam edir.

300-dən çox təxliyyə mərkəzinə 54 532 nəfər yerləşdirilib, 68 yol daşqın səbəbiylə bağlanıb.

Ötən həftə sonu Malayziyada güclü yağışlar nəticəsində çaylar daşıb, əsas yollar bağlanıb və minlərlə insan qorxu içində evlərini tərk edib.

Bildirilib ki, ölkənin ən zəngin və ən çox əhalisi olan əyalətlərindən biri və eyni zamanda paytaxt Kuala Lumpurda yerləşən Selangor daşqın fəlakətindən ən çox zərər çəkən bölgələrdən biridir.

Mənbə: İHA