“Qarabağ”ın qələbəsi sabiq idman direktoruna bir şüşə şərab qazandırıb

10:00 26-12-2021 558

“Qarabağ”ın sabiq idman direktoru Con van Loen Ağdam klubunda çalışarkən Belçika “Anderlext”inin mərhum fəxri prezidenti Vanden Stokla mərcə girib.

“Report”un məlumatına görə, bu barədə 56 yaşlı niderlandlı mütəxəssisin özü “voetbalnieuws.be” saytına açıqlama verib.

Onun sözlərinə görə, maraqlı hadisə “köhlən atlar”ın 2015/2016 mövsümündə Bakıda Brüssel təmsilçisini 1:0 hesabı ilə məğlub etdiyi UEFA Avropa Liqasının qrup oyunundan öncə baş verib:

“Həmin vaxt “Qarabağ”da sabiq “Anderlext”li Reynaldo Silva da çıxış edirdi. O, çox yaxşı oyunçu idi. Belçika klubu ilə görüşdən öncə Stok dedi ki, Con, biz udsaq, sən mənə, “Qarabağ” qalib gəlsə, mən sənə bir şüşə şərab verəcəyəm. Oyundan sonra rəqibin qaldığı otelə gedib mənə çatmalı olan şərabı tələb etdim. Bu qələbə kluba daha çox şey qazandırdı”.

Qeyd edək ki, Con van Loen 2014 - 2016-cı illərdə “Qarabağ”da çalışıb.