Hindistanda partlayış: Altı ölü, altı yaralı

15:00 26-12-2021 404

Hindistanın Bihar əyalətindəki əriştə fabrikində baş verən partlayış nəticəsində altı nəfər ölüb, daha altı nəfər yaralanıb.

Bu barədə NDTV kanalı yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Müzəffərpur rayonunda yerləşən müəssisədə su qızdırıcı qazan partlayıb. Partlayış səsi zavoddan bir kilometr radiusda eşidilib.

Hazırda hadisə yerində xilasedicilər və polis işləyir.

Mənbə: TASS