Azərbaycan Universitetinin tələbəsi faciəvi şəkildə öldü

00:00 27-12-2021 81

Azərbaycan Universitetinin tələbəsi Elimxan Əliyev dəm qazından ölüb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilir ki, E.Əliyev magistraturaya qəbul imtahanında 93 bal toplayaraq respublika üzrə ən yüksək nəticə göstərənlərdən biri olub. O, 2016-cı ildə ali məktəblərə qəbul imtahanında da yüksək nəticə əldə edərək 636 balla Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan maliyyə ixtisasına qəbul olub. E.Əliyev 2017/2018-ci tədris ilinin yaz semestrini “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın tərəfdaş Koblenz Universitetində oxuyub.