Türkiyədə yerin altında qədim sinaqoq aşkar edildi - FOTO

11:00 27-12-2021 643

Türkiyəli arxeoloqlar ölkənin cənubunda apardıqları qazıntılar nəticəsində VII əsrə aid sinaqoq aşkar ediblər.

Qeyd olunur ki, dini abidə Antalyanın Manavqat rayonunun Side şəhərində uzun sürən qazıntılar nəticəsində tapılıb.

Abidənin üzərində “Korakesionadan olan İosif bunu öz oğulu Danielə həsr etdi” yazısı həkk olunub.

Türk alimlərinin fikrincə İosif dini məbədi körpəlikdə dünyasını dəyişən övladının adına ucaldıb.

Arxeoloqlar tapıntının əhəmiyyətini yüksək qiymətləndirir, belə ki, bu günə qədər Side şəhərində yəhudilərin yaşadığına dair yalnız yazılı mənbələr mövcud idi.