“II Vəkil Şahmat” yarışması yekunlaşdı - FOTO

16:00 27-12-2021 434

28 dekabr “Vəkil günü” peşə bayramı ərəfəsində, 25-26 dekabr tarixlərində Vəkillər Kollegiyası tərəfindən təşkil olunmuş “II Vəkil Şahmat” yarışması uğurla yekunlaşıb.

Qurumdan verilən məlumata görə, yarışmanın keçirilməsində əsas məqsəd ölkədə şahmat idman növünün inkişafına dəstək olmaq, vəkillərin şahmat idman növünə olan bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaq və onların bacarıqlarını qiymətləndirməsindən ibarətdir.

Respublika üzrə yarışa 30 vəkil və vəkilliyə namizədlər qatılıb.

İki gün ərzində keçən yarışmanın nəticəsində vəkil Aydın Ələkbərov birinci, vəkil Elşən Səfərov ikinci, vəkil Sənan Süleymanov üçüncü yeri tutub.