Dubay-Bakı təyyarəsinin uçuşunda problem yarandı - AÇIQLAMA

15:00 28-12-2021 458

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Dubaydan Bakıya yola düşən (J2-012 reysi) təyyarəsinin uçuşu texniki səbəblərə görə gecikir.

AZAL-dan verilən məlumata görə, sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.

Qeyd edək ki, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq yemək və alkoqolsuz içki ilə təmin ediləcək.