Mikayıl Cabbarov Rusiya şirkəti ilə imzalanan müqavilədən yazdı - FOTO

16:00 28-12-2021 570

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın “Abrau-Durso” şirkəti ilə “Şəki Şərab”ın özəlləşdirilməsi üzrə imzalanan müqavilənin əhəmiyyətindən yazıb. 

HerGun.Az-ın məlumatına görə, bu barədə nazir özünün sosial media hesabında paylaşım edib.

“Rusiyanın böyük şərabçılıq təcrübəsinə malik “Abrau-Durso” (Абрау-Дюрсо) şirkəti ilə “Şəki Şərab”ın özəlləşdirilməsi üzrə müqavilə imzalandı. Bu, Azərbaycan şərabının xarici bazarlara çıxışının təşviqi, müasir texnologiyaların tətbiqi, investisiyaların qeyri-neft sektoruna cəlb edilməsi və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətlidir”, - deyə Mikayıl Cabbarov qeyd edib.