Kərəm Kınık: “Qarabağda Qırmızı Aypara Cəmiyyətinin yeni mərkəzi açılacaq” - VİDEO

23:00 28-12-2021 598

Qırmızı Aypara Cəmiyyəti 2021-ci ilin yekunlarını açıqlayıb.

Hesabata əsasən, dünyanın müxtəlif ölkələrində yaşanan təbii fəlakətlər, həmçinin bitmək bilməyən pandemiya ilə öz damğasını vurub.

Təşkilatın illik fəaliyyyətinin yekunları ilə bağlı İstanbulda təşkil edilmiş mətbuat konfransında Cəmiyyətin Türkiyə ofisinin rəhbəri Kərəm Kınık il ərzində 45 milyon insana yardım göstərdiklərini bildirib.

“2021-ci ildə 51 fərqli ölkədə çalışdıq. Bunlardan biri də canımız Azərbaycandır. Qarabağın azadlığa qovuşmasından sonra əməkdaşlarımız orada idi. Hazırda cəmiyyətimiz üçün Qarabağda bir mərkəz inşa olunur. Bununla paralel, bölgədəki fəaliyyətimizə, humanitar yardımlara da davam edirik”, - deyə Kınık bəyan edib.

Mənbə: “Haber Global”