Azərbaycan Dövlət Pedaqoji Universitetində “Möhtəşəm 2021-Yubileylər ili” adlı tədbir keçirilib

23:24 28-12-2021 457

Dekabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Magistratura və Doktorantura şöbəsinin müdiri Siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqovun və Xarici Dillər Mərkəzinin (XDM) dosenti, Filologiya üzrə fəlsəfə doktoru Qəribə Məmmədovanın təşkilatçılığı ilə “Möhtəşəm 2021-Yubileylər ili” adlı tədbir təşkil olunub.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetindən HerGun.az saytına verilən məlumata görə, tədbirə II Qarabağ müharibəsi qazisi Elvin Rasulov, həmçinin, II Qarabağ müharibəsi şəhidi mayor Anar Məmmədovun xanımı Nəzirə Məmmədova və şəhid leytenant Məmmədov Fəridin həyat yoldaşı Şəhla Məmmədova dəvət olunub.

 

Sonra tədbirdə Qarabağ zəfərimizin 1 illiyindən, dahi şairimiz N.Gəncəvinin 880 illik yubileyindən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin bir əsrlik tarixindən, Müstəqilliyimizin bərpasının 30 illiyindən və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdən söz açılıb.

Xaricdə yaşayan həmyerlilərimizin video təbrikləri tədbirə daha da maraq qatıb.

Tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrant tələbələrin çıxışları ilə davam edib.

     Daha sonra tədbirdə tələbə kollektivinin hazırladığı video çarxlar, slaydlar nümayiş olunub.

 

Ayan Ələkbərli