Filippində qasırğa qurbanlarının sayı 400 nəfərə çatıb

00:00 29-12-2021 371

Filippində Sakit okean sahillərindəki “Rai” qasırğası nəticəsində ölənlərin sayı 400 nəfərə çatıb.

Təbii fəlakət nəticəsində 1147 nəfər yaralanıb, 83 nəfər isə itkin düşüb.

Ümumilikdə, 4,23 milyondan çox respublika sakini təbii fəlakətdən müxtəlif dərəcədə zərər çəkib. 284 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr hələ də davam edir, 161 şəhərdə elektrik enerjisinin verilişi tam bərpa edilib.

İlkin hesablamalara görə, tayfun infrastruktura və kənd təsərrüfatına müvafiq olaraq 16,71 milyard peso (330,7 milyon dollar) və 5,34 milyard peso (105,7 milyon dollar) məbləğində ziyan vurub. Bundan başqa, təbii fəlakət 167,4 mindən çox yaşayış binasını tamamilə məhv edib, 508,7 min binaya ziyan dəyib.

Qeyd edək ki, Filippin prezidenti Rodriqo Duterte qasırğadan təsirlənmiş altı bölgədə bir illik fövqəladə vəziyyət elan edib.