Danimarka COVID-19-a yoluxmada dünya lideri oldu

02:00 29-12-2021 363

Danimarka COVID-19-a yoluxmada dünya liderinə çevrilib.

Ölkədə hər 100,000 nəfərə orta hesabla 1,612 yoluxma halı düşür.

Bazar ertəsi Danimarka Səhiyyə Nazirliyi təxminən 5,85 milyon əhalisi olan ölkədə ilk dəfə olaraq gündəlik 15 mindən yuxarı yoluxma faktı qeydə alıb. Sutkalıq rekord yoluxma sayı 16 164 nəfər təşkil edib.

Bu günə qədər Danimarkada 727 mindən çox insan koronavirusa yoluxub, 3,2 mindən çox şəxs isə COVID-in qurbanı olub.

Mənbə: “İnterfaks”