Yaponiyada tənhalıqdan əziyyət çəkən vətəndaşlar üçün nazirlik yaradılacaq

03:00 29-12-2021 362

Yaponiya hökuməti tənhalıqdan əziyyət çəkən insanların problemini həll etmək istiqamətində xüsusi proqram hazırlayıb.

Təklikdən əziyyət çəkən istənilən yaponiyalı 24 saat ərzində fəaliyyət göstərən yardım xidmətinə müraciət edə biləcək.

Artıq bu məqsədlə Yaponiya hökuməti tənha insanların sayını dəqiq öyrənmək üçün ümummilli siyahıyaalma prosesinə başlayıb.

Bundan əlavə, tənha insanların problemləri ilə məşğul olacaq nazir vəzifəsi də təsis ediləcək.

Mənbə: Nhk