Bill Qeyts Yer kürəsini xilas etməyin yolunu təklif edib

07:00 29-12-2021 395

“Təmiz sənaye inqilabı bəşəriyyəti iqlim fəlakətindən xilas etməyə imkan verəcək”.

Bu fikirləri “Microsoft”un yaradıcısı, milyarder Bill Qeyts “Wired” jurnalı üçün yazdığı məqalədə qeyd edib.

Sahibkar biznesin idarə etmək tərzini dəyişməyi, qida yetişdirərkən, əşyalar düzəldərkən, elektrik enerjisi istehsal edərkən, binaları isidib-soyudarkən istixana qazları xidmətindən istifadə etməməyi tövsiyə edir.

Onun sözlərinə görə, bu məqsədi həyata keçirmək kifayət qədər realdır və gələn il təmiz iqtisadiyyata keçidi sürətləndirəcək üç hadisə baş verəcək.

O vurğulayıb ki, qlobal problemlər arasında ilk növbədə iqlim dəyişikliyi məsələsinə daha çox diqqət ayrılacaq.

B.Qeyts hesab edir ki, müxtəlif ölkələrdən olan gənclər, fəallar, səhmdarlar və işçilər hakimiyyəti və korporativ rəhbərləri bu istiqamətdə real nəticələrin əldə olunması üçün məsuliyyətə cəlb edə biləcəklər.

Mənbə: “RİA Novosti”