Bir milyon dollar mənimsəməkdə təqsirləndirilən azərbaycanlı Rusiyadan çıxarıldı

18:00 29-12-2021 83

Bir milyon dollar mənimsəməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Ramiz Quliyev Rusiyadan çıxarılıb.

Bu barədə jurnalistlərə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib:

“A.N.Tupolev adına Vnukovo beynəlxalq hava limanında Azərbaycan vətəndaşı Ramiz Quliyev Rusiya Federasiyasının qanunvericiliyini pozduğuna görə inzibati qaydada ölkədən çıxarılıb. O, ölkəsində dələduzluqda ittiham olunur”.

Azərbaycan tərəfinin bildirdiyinə görə, 2013-cü ilin martında Quliyev özünə biznes qurmaq adı ilə tanışından 1 milyon dollardan artıq borc götürüb, lakin pulu qaytarmayıb.

“Dələduzluqda ittiham olunduqdan sonra o, “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilib”, - deyə bildirilib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, əməliyyat tədbirləri zamanı təqsirləndirilən şəxsin Moskva şəhərində yaşadığı müəyyən edilib. 2021-ci ilin oktyabrında Quliyev saxlanılıb.

Mənbə: TASS