Bu il Türkiyəyə gələn xarici turistlərin 40%-ni Rusiya vətəndaşları təşkil edib

06:00 30-12-2021 59

2021-ci ildə Türkiyəyə gələn xarici turistlərin ən azı 40%-i Rusiya vətəndaşlarıdır.

Bu barədə Rusiya mətbuatına müsahibəsində ölkənin Ankaradakı səfiri Aleksey Yerxov məlumat verib.

O, bildirib ki, bu il Türkiyəyə 5 milyona yaxın rusiyalı turist səfər edib ki, bu da keçən illə müqayisədə demək olar ki, iki dəfə çoxdur.

Səfirin sözlərinə görə, 2022-ci ildə də Rusiyadan Türkiyəyə turist axını sanitar-epidemioloji vəziyyətdən asılı olacaq.

Mənbə: TASS