Baydenlə Putin arasında telefon söhbəti olub

02:00 31-12-2021 274

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə telefon vasitəsilə danışıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin aktual qlobal və regional problemlər müzakirə edilib.

Telefon söhbəti mətbuata qapalı rejimdə baş tutub.

Qeyd edək ki, bu son ay ərzində liderlərin artıq ikinci söhbətidir. Sonuncu görüş dekabrın 7-də videokonfrans formatında olub və iki saatdan artıq davam edib.

Mənbə: “RİA Novosti”