Çin paytaxtında bütün növ pirotexniki vasitələrdən istifadə qəti qadağan edilib

00:00 01-01-2022 449

Pekin şəhərinin rəhbərliyi yanvarın 1-dən etibarən Çinin paytaxtında atəşfəşanlıq üçün nəzərdə tutulan bütün növ pirotexniki vasitələrdən istifadəni tam qadağan edib.

Mənbə yazır ki, bu qayda Yeni il bayramlarında da tətbiq olunacaq.

2022-ci ildən etibarən isə artıq Pekində sakinlərin pirotexniki məhsullar ala biləcəyi pərakəndə satış məntəqələri qapadılacaq.

Bu qaydaları pozan şəxslər yüksək məbləğdə cərimə ediləcək. 

Xəbəri dərc edən mənbə həmçinin yazır ki, Çin paytaxtında atəşfəşanlığa hökumətin xüsusi sərəncamından sonra yalnız ölkə və şəhər səviyyəsində keçirilən böyük bayram tədbirləri zamanı icazə veriləcək.

Mənbə: Xjdaily.com