Neftçalada avtomobil aşdı, iki nəfər xəstəxanalıq oldu

19:00 01-01-2022 96

Neftçalada avtomobil aşıb, xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Qaravəli kəndində qeydə alınıb.

Belə ki, minik avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində rayonun Boyat kənd sakinləri - 2001-ci il təvəllüdlü Mövlayev Əkbər Elman oğlu və 2001-ci il təvəllüdlü Hacıyev Sənan Bəxtiyar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti