Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb

22:00 01-01-2022 402

Saatlıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Sarıcalar kəndində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması zamanı kənd sakini, 1976-cı il təvəllüdlü Kazımova Mədinə Səməd qızı və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir – red.) yüngül xəsarət alıb.

M.Kazımova Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.