Ankarada dəhşətli qəzada 16 nəfər yaralanıb

00:00 02-01-2022 584

Türkiyənin paytaxtı Ankara şəhərində dəhşətli qəza baş verib.

Ankaranın Yeni məhəllə rayonunda  baş verən qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Bundan sonra qarşı zolağa keçən avtobus əks istiqamətdə işıqforda gözləyən avtomobillərin üzərinə aşıb.

Qəza nəticəsində 16 nəfər yaralanıb.

Mənbə: SonDakika.com