Saatlıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

11:00 02-01-2022 58

Saatlı rayonunda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. 1956-cı il təvəllüdlü Əsədov Zakir Eynulla oğlu yolu piyadalar üçün nəzərdə tutulan yerdən keçərkən minik avtomobili onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin əziyi diaqnozları qoyulub. Z.Əsədovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.