Ukrayna aviaşirkəti Bakıya uçuşlarını dayandırır

20:00 02-01-2022 402

Ukraynanın “SkyUp” aviaşirkəti Zaporojye - Bakı - Zaporojye reysi üzrə uçuşlarını dayandırır.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, Ukrayna Dövlət Aviasiya Xidməti “SkyUp” aviaşirkətinin Zaporojye də daxil olmaqla, üç şəhərdən uçuş lisenziyasını ləğv edib.

Qurumdan bildirilib ki, aviaşirkətin özü müvafiq ərizə ilə müraciət edərək Kiyev, Xarkov, Lvov, Odessa və Zaporojyedən uçuş hüququndan imtina etmək qərarına gəlib.

Şirkət tərəfindən uçuşların ləğv olunmasının səbəbi açıqlanmır.

Mənbə: 061.ua