Haitinin Baş nazirinə sui-qəsdə cəhd olub: Ölən və yaralananlar var

23:00 02-01-2022 447

Haitinin şimalındakı Qonaives şəhərində naməlum şəxslər respublikanın müstəqilliyinin 218-ci ildönümünün qeyd edilməsi zamanı Baş nazir Ariel Anrini öldürməyə cəhd ediblər.

Bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, Anri bayram münasibətilə mərasimin keçirildiyi məbədi tərk etdikdən sonra yaxınlıqda bir neçə atəş səsi eşidilib. Mühafizəçilər dərhal kabinə rəhbərini təhlükəsiz yerə aparıblar. O, hadisə zamanı xəsarət almayıb.

Qeyd olunur ki, atışma nəticəsində azı bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Hadisə ilə bağlı bir sıra şənliklər ləğv edilib.

Mənbə: “TeleSUR” telekanalı