Hindistanda küçə itləri dörd yaşlı qıza hücum etdi – VİDEO

03:00 03-01-2022 469

Hindistanda beş sahibsiz it küçədə oynayan dörd yaşlı qıza hücum edib.

Qorxu dolu anlar təhlükəsizlik kamerasında əks olunub.

İnsident Madhya Pradeş əyalətində yerləşən Bhopal şəhərində baş verib.

Evinin yaxınlığında küçədə oynayarkən heyvanların hücumuna məruz qalan kiçik qız qolundan, ayağından və başından xəsarət alıb.

İtlərin qıza hücum etdiyini görən bir şəxs heyvanlara daş ataraq onları qovub.

Azyaşlının hazırda xəstəxanada müalicə aldığı bildirilib.

Mənbə: “Haber Global”