Azərbaycanda kişi oğluna tüfəngin qundağı ilə xəsarət yetirdi

14:00 03-01-2022 261

İmişli Rayon Polis Şöbəsinə yanvarın 2-də şəhər ərazisində yaşayan Y.Rüstəmovun evində xuliqanlıq zəminində oğlunun qol nahiyəsinə ov tüfənginin qundağı ilə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Y.Rüstəmovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Xəbər lenti