“Turkovac” “Omikron”a qarşı müdafiəni təmin edir

22:00 03-01-2022 456

“Turkovac” vaksini koronavirusun “Omikron” variantına qarşı müdafiəni təmin edir.

Bunu Türkiyə Peyvənd İnstitutunun prezidenti və Səhiyyə Nazirliyinin Koronavirus Elmi Şurasının üzvü professor doktor Ateş Kara bəyan edib.

O qeyd edib ki, hazırda dünyada sürətlə yayılan ştamm Türkiyədə də qeydə alınıb. “Omikron”un digər variantlardan daha təsirli olduğunu vurğulayan Kara, onun çox sürətlə yayılaraq xəstələrin sayının kəskin artmasına səbəb olduğunu vurğulayıb.

Alim həmçinin “Turkovac” peyvəndinin effektivliyi ilə bağlı araşdırmaların intensiv şəkildə davam etdiyini bildirib.

Mənbə: “Anadolu”