Yeni “Matrisa” dünya üzrə 100 milyon dollardan çox gəlir əldə edib

09:00 04-01-2022 457

Kianu Rivz və Kerri Enn Mossun rol aldığı elmi-fantastik franşizanın davamı olan “Matrisa: Diriliş” dünya üzrə 106 milyon dollardan çox gəlir əldə edib.

Premyeradan sonrakı gəlir göstəricisinə görə film yalnız “Oxu 2” animasiyasından geri qalıb.

Yeni “Matrisa”nın gəlirinin ciddi şəkildə artacağı gözlənilir. Belə ki, yanvarın 14-də onun Çində nümayişinə başlanacaq.

Mənbə: gazeta.ru