Tarixi Azərbaycan kəndi olan Tuğ - VİDEO

15:00 04-01-2022 227

Ermənilər işğal etdikləri torpaqlarımızda 30 il yaxın, sözün bütün mənalarında at oynatdılar. Müxtəlif tədbirlər, festivallar keçirdilər, yallı getdilər, dünyanı, ciddi cəhdlə həmin ərazilərinin onların olduğuna inandırmağa çalışdılar. Ancaq tarixi ədalət bərpa oldu, Azərbaycan ordusu bizim olanı bizə qaytardı. 

Baku TV əməkdaşları ermənilərin illərdir bizə gözdağı verdikləri Tuğ kəndində olublar.

Tarixçi Elnur Kəlbizadə Tuğ kəndinin Azərbaycanın ictimai siyasi həyatında mühüm rol oynayan şəxsiyyətlər bəxş etdiyini qeyd edib.

Tarixçi Tuğ kəndindəki tikililərin Azərbaycan memarlığı üslubunda inşa edildiyinin aydın şəkildə göründüyünü bildirib.

Daha ətraflı süjetdə: