Göygöldə 33 yaşlı qadın dəm qazından zəhərləndi
18:00 04-01-2022 334

Göygöl sakini dəm qazından zəhərlənib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
1989-cu il təvəllüdlü S.Cəfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 33 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.