FİFA 2021-ci ilin ən gözəl qolu üçün Puşkaş mükafatına üç namizədi açıqladı - VİDEO
21:00 04-01-2022 577

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) öz rəsmi saytında ilin ən gözəl qolunu vuran futbolçuya verilən Ferens Puşkaş mükafatına namizədlərin qısa siyahısını dərc edib.
Mükafata Avro-2020-də Şotlandiya ilə matçda meydanın mərkəzindən endirdiyi zərbə ilə fərqlənən çexiyalı hücumçu Patrik Şik, Çempionlar Liqasının “Çelsi” ilə matçında aşırma qol vuran “Portu”nun futbolçusu Mehdi Taremi və İngiltərə Premyer Liqasının 14-cü turunda “Arsenal”a qol vuran “Tottenhem”in futbolçusu Erik Lamela iddia edir.
Qeyd edək ki, Ferens Puşkaş mükafatı qalibinin adı yanvarın 17-də açıqlanacaq.
Mənbə: championat.com