Gəncədə 36 yaşlı şəxs 51 yaşlı kişini bıçaqlayıb

22:00 04-01-2022 508

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, 42 yaşlı Mehman İkram oğlu Hüseynov mübahisə zəminində bıçaq xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib. Bıçaqlayan şəxs isə 1985-ci il təvəllüdlü Zahir Həsənovdur.

Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.