ABŞ-da beş yaşlı uşaqlar üçün COVID revaksinasiyası təsdiqlənib

03:00 05-01-2022 457

Amerika Birləşmiş Ştatları immun xəstəliklərindən əziyyət çəkən 12 yaşlı yeniyetmələr və beş yaşındakı uşaqlar üçün buster COVID-19 revaksinasiyasını təsdiqləyib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Qida və Dərman İdarəsinin (FDA) məlumatlarında bildirilib.

Revaksinasiya üçün “Pfizer” və ya “BioNTech” firmalarının dərmanlarından istifadə ediləcəyi bildirilir.

“FDA peyvəndin fövqəladə istifadəsi qaydalarını yeniləyərək siyahını 12-15 yaş arası insanları əhatə edəcək şəkildə genişləndirdi. Həmçinin, tam peyvəndin tamamlanması ilə revaksinasiya arasındakı müddət ən azı beş aya endirilir. İmmunitet sistemində problemi olan 5-11 yaş arası uşaqlara peyvəndin üçüncü dozasının tətbiqinə icazə verilir”, - nazirlikdən bildirilib.

Qurumdan bildirilib ki, bu qərar ekspertlərin İsrailin “Pfizer”dən istifadəyə dair məlumatlarını öyrənməsindən sonra qəbul edilib - ölkədə 12-15 yaş arası 6,3 min nəfər təkrar peyvənd olunub.

“Bu, hazırkı COVID-19 epidemiyası zamanı yeniyetmələrin revaksinasiyasının fayda və risklərini fərqli qiymətləndirməyə imkan verdi”, - deyə qurumdan bildirilib.