F-35 “arxası üstə” eniş etdi

04:00 05-01-2022 63

Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus F-35A döyüş təyyarəsi təlim uçuşu zamanı təcili eniş edib.

Qırıcı Seuldan 151 kilometr cənubda yerləşən Sosan aviabazasındakı uçuş-enmə zolağına “arxası üstə” düşüb.

Təcili enişin səbəbi şassinin qısamüddətli nasazlığı olub.

Pilot xəsarət almayıb.

Qeyd edək ki, 2013-cü ildə Cənubi Koreya qırıcı arsenalının yenilənməsi çərçivəsində ABŞ-dan 40 ədəd F-35A təyyarəsi almağa qərar verib.

Mənbə: lenta.ru