Aqtobedə etirazçılar İcra Hakimiyyəti binasını ələ keçirdi - VİDEO

13:00 05-01-2022 423

Qazaxıstanda maye qazın bahalaşmasına görə başlayan etirazlar səngimək bilmir.

Qazaxıstanın yerli “Telegram” kanalları xəbər verir ki, polisin xalqla həmrəy olduğu Aqtobe şəhərində etirazçılar İcra Hakimiyyətinin binasını ələ keçirib.

Xatırladaq ki, Qazaxıstanda etirazlar yanvarın 2-dən Janaozen, Manqistau vilayətləri başda olmaqla bir sıra yaşayış məntəqələrində başlayıb. Sakinlər maye qazın dəyərinin kəskin artmasına etiraz edirlər. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.