Türkiyəli məşhurdan sevgilisi ilə bağlı iddialara CAVAB

15:00 05-01-2022 540

Türkiyə şou-biznesinin məşhur simaları - aktyor Kerem Bursin və həmkarı Hande Erçelin reklam xatirinə sevgili olmaları geniş müzakirə edilir.

Sosial-şəbəkə izləyiciləri iddia edirlər ki, cütlük birgə çəkildiyi “Sen çal kapımı” serialının reytinqi düşdükdən sonra, sevgili olmaları xəbəri ilə gündəmdə qalmağa çalışıblar.

Kerem Bursin şou-biznes gündəminə çevrilən bu xəbərlərlə bağlı etirazını bildirərək, açıqlama verib:

“Mən münasibətdə realist adamam. Birlikdə olduğum insanla əylənməyi və onu güldürməyi xoşlayıram. Biri ilə münasibət qurmusunuzsa, tamamilə təbii olmaq vacibdir, süni olmağın doğru bir yol olmadığını düşünürəm”.

Qeyd edək ki, məşhurlar koronavirusa yoluxublar və birlikdə karantindədirlər.

Mənbə: A Haber