Bakı, Sumqayıt və Abşeronda pensiyaların veriləcəyi tarix açıqlandı

10:00 06-01-2022 443

Yanvarın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları qrafik üzrə bu ay ödəniləcək.