Arif Babayevin son vəziyyəti AÇIQLANDI

16:00 06-01-2022 450

“Xalq artisti Arif Babayev evdə həkim nəzarəti altında müalicəsini davam etdirir”.

Bunu “Report”a 83 yaşlı Xalq artistinin oğlu Yaşar Babayev bildirib.

Onun sözlərinə görə, atasının səhhəti yaxşıdır:

“Hazırda ev şəraitində insult, beyinlə əlaqəli müalicə kursunu davam etdiririk. Yataq şəraitində deyil, arada açıq havaya çıxır, gəzir. Özünü yaxşı hiss edir. Hər şey qaydasındadır”.

Qeyd edək ki, A.Babayev bir müddət əvvəl Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə bağlı müalicə alıb.