Almatıdakı iğtişaşlarda telekanal əməkdaşı həlak olub

23:00 06-01-2022 406

Qazaxıstanın Almatı şəhərində prezidentin şəhər iqamətgahı yaxınlığındakı atışma zamanı “Almatı” telekanalının çəkiliş qrupunun sürücüsü həlak olub.

Bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, sürücünün yanında olan kanalın jurnalisti də yaralanıb.

Qeyd edək ki, hazırda şəhərdə təhlükəsizlik qüvvələri və hərbçilər tərəfindən antiterror əməliyyatı keçirlir.

Mənbə: “RİA Novosti”