Dünyada koronavirusa yoluxanların sayı son həftədə 71% artıb

04:00 07-01-2022 432

Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar şöbəsinin texniki qrupunun rəhbəri Mariya Van Kerxove bildirib ki, son həftə ərzində dünyada COVID-19-a yoluxanların sayı 71% artıb.

Müvafiq məlumat bu axşam dərc olunan həftəlik epidemioloji bülletendə öz əksini tapıb. Yoluxmadakı artım regionlara görə dəyişir. ABŞ-da qeyd olunan göstərici 100%, Afrikada isə təxminən 7% artıb.

Van Kerkhove vurğulayıb ki, qarşıdakı həftədə yoluxmaların sayı daha çox olacaq.

Mənbə: “RİA Novosti”