Çerçesovdan Macarıstan klubunun futbolçularına sərt qadağalar - VİDEO

16:00 07-01-2022 36

Futbol üzrə Rusiya milli komandasının sabiq baş məşqçisi Stanislav Çerçesov Macarıstanın “Ferensvaroş” klubunun futbolçuları ilə görüşündə onlara öz aralarında iki kəlmənin istifadəsini qadağan edib.

“Gəlin “problem” sözünü unudaq. Mən onu sevmirəm. Həmçinin “xahiş edirəm” sözünü bəyənmirəm. Biz hamımız peşəkarıq və hər birimiz nəyi və necə edəcəyimizi bilirik”, - deyə o, bildirib.

Qeyd edək ki, Çerçesov dekabrın 20-dən Macarıstanın “Ferensvaroş” klubunun rəhbəri olub. Mütəxəssisin paralel olaraq Macarıstan millisinin baş məşqçisi kimi fəaliyyətə başlaması da mümkündür.

Çerçesov 2016-cı ildən Rusiya milli futbol yığmasına rəhbərlik edib. Ancaq 2021-ci ilin iyulunda Rusiya yığmasının Avropa çempionatında uğursuz çıxışından sonra (turnirin qrup mərhələsini keçə bilmədi) komandanı tərk edib. Onun yerini Valeri Karpin tutub.

Mənbə: Çempionat