İran 176 nəfərin ölümünə səbəb olan Ukrayna təyyarəsi ilə bağlı danışıqlara hazırdır

22:00 07-01-2022 649

İran Xarici İşlər Nazirliyi 8 yanvar 2020-ci il tarixində paytaxt Tehran səmasında Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin təsadüfən atılan hava hücumundan müdafiə raketi ilə vurulmasının ikinci ildönümü münasibətilə yazılı açıqlama yayıb.

Bildirilib ki, İrandakı müvafiq qurumlar hadisədən sonra qəzanın əsas səbəbini izah edərək, daxili qanunlara və beynəlxalq öhdəliklərə uyğun hərəkət ediblər.

Bu kontekstdə ölkədə məhkəmə prosesinin başladığı və ölənlərin yaxınlarının iştirakı ilə bir neçə dinləmənin keçirildiyi və Nazirlər Şurasının 30 dekabr 2020-ci il tarixli qərarı ilə hadisədə həyatını itirənlərin hər birinin ailələrinə və yaxınlarına təzminatın ödənilməsinə qərar verildiyi xatırladılıb.

Qeyd edək ki, “Boeing 737” tipli sərnişin təyyarəsi Tehrandakı Beynəlxalq İmam Xomeyni hava limanından Kiyevə getmək üçün havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.Təyyarədə olan 176 nəfərdən sağ qalan olmayıb.

Mənbə: TRT