Pəncşir əyalətində “Taliban”la yerli qüvvələr arasında döyüşlər gedir

01:00 08-01-2022 446

Əfqanıstanın Pəncşir əyalətində ölkədə hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatının silahlıları ilə Milli Müqavimət Cəbhəsinin döyüşçüləri arasında silahlı toqquşmalar başlayıb.

Bu barədə cümə günü yerli “Aamaj News” agentliyi bölgədəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunduğu kimi, Həmid Xorasaninin komandanlığı altında radikal qruplar Ünəba bölgəsində yerli qüvvələrə hücum edib. Tərəflərin itkiləri ilə bağlı hələlik məlumat verilmir.

Mənbə: TASS