Naviqatora “aldanan” TIR sürücüsünün təhlükə dolu anları - FOTO/VİDEO

05:00 08-01-2022 775

Naviqatorun göstərişi ilə hərəkət edən sürücü TIR-ı ilə birlikdə uçuruma düşməkdən son anda qurtulub. Hadisə Çinin şimalındakı Şansi əyalətinin Çançji şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata görə, yük maşını sürücüsü yolun daralmış hissəsindən keçə bilməyəcəyini anlayanda artıq gec olub. O geri sürmək istəyəndə maşının təkəri uçurumun kənarına düşüb, nəticədə kabinə uçuruma doğru əyilib.

Sürücü və sərnişini salondan çıxa bilsə də, TIR-ı hərəkət etdirmək mümkün olmayıb.

Nəhayət xilasedicilər qrupu çağırılıb. Yük maşını 3 traktorun köməyi ilə yola çıxarıla bilib. Məlumata görə, bu əməliyyat üç gün çəkib.

Mənbə: Daily Mail