İki yaşlı körpəni oğurlamaqda şübhəli bilinən şəxslərin FOTOSU

21:00 08-01-2022 390

İki yaşlı körpəni oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd edək ki, ötən il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan iki yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən bu gün həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində tapılıb.