Ermənistanda koronavirusun “omikron” ştammı qeydə alındı

22:00 08-01-2022 399

Ermənistanda ilk dəfə koronavirusun “omikron” ştammına yoluxma qeydə alınıb.

Belə ki, ölkədə iki nəfərdə “omikron” ştammına yoluxma aşkarlanıb.

“Hər iki hal ölkəyə gəlmədir. Belə ki, Ermənistana gəldikdən dərhal sonra aparılan testlərdə ştamma yoluxma müəyyən edilib”, - deyə Ermənistanın Səhiyyə Nazirliyindən bildirilib.

“Omikron” ştammına yoluxan şəxslərin müalicəsinin evdə davam etdiyi vurğulanır.

Mənbə: RT